Almaniya öz vətəndaşlarını İrandan çıxmağa çağırıb

   Almaniya öz vətəndaşlarını İrandan çıxmağa çağırıb
  29 Avqust 2025    Oxunub:1440
Rəsmi Berlin İrana qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını aktivləşdirdiyi üçün "Tehranın qisas hərəkətlərindən ehtiyatlanaraq" öz vətəndaşlarını bu ölkəyə səfərdən çəkinməyə çağırıb.
Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İran hökuməti cavab tədbirləri ilə hədələdiyi üçün istənilən hadisə Berlinin maraqlarına uyğun gəlməyə, vətəndaşların həyatına təsir göstərə bilər.

Tədbir çərçivəsində Almaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti də məhdudlaşdırılıb. Məlumata görə, səfirlik yalnız məhdud konsulluq yardımı göstərir.
Kallas: "Növbəti 30 gündə ortaq məxrəcə gəlməliyik"

Xatırladaq ki, Almaniya, Britaniya, Fransa İranın mübahisəli nüvə proqramına qarşı BMT səviyyəsində sanksiyaları aktivləşdirmək üçün prosesə başlayıb. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuata açıqlamasında söyləyib ki, Aİ İttifaqı məsələsinin həlli istiqamətində diplomatik yolları nəzərdən keçirir.

"30 günlük yeni mərhələyə qədəm qoyulub. Bu müddət ərzində işlər öz həllini tapmalıdır", – o vurğulayıb.

ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə Vaşinqtonla dialoqu sual altında qoyub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   İran   sanksiya   vətəndaşlar  



Xəbər lenti