İrəvan İslamabadla yaxınlaşmağa çalışır

   İrəvan İslamabadla yaxınlaşmağa çalışır
  29 Avqust 2025    Oxunub:1105
Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsinə baxmağa razılaşıblar.
AzVision.az xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Mühəmməd İshaq Dar bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Pakistan XİN-in rəhbəri erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını yazıb.

“Xarici İşlər naziri Ararat Mirzoyanla bu gün telefon danışığı olub. Biz Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəldik”, - İshaq Dar vurğulayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   Ermənistan  



Xəbər lenti