Fransada müharibəyə hazırlıqla bağlı tapşırıqlar verilib
Məktubda Fransanın qarşıdakı aylarda genişmiqyaslı müharibənin arxa cəbhəsinə çevrilə biləcəyi ehtimal edilib. Bu çərçivədə ölkənin həm fransız, həm də xarici yaralı əsgərlərin qəbuluna hazır olması tələb edilib. Nazirlik dəniz və hava limanlarına yaxın ərazilərdə yeni tibbi mərkəzlərin yaradılmasını və bu mərkəzlər vasitəsilə yaralı hərbçilərin mənsub olduqları ölkələrə qaytarılmasını planlaşdırıb.
Fransa hakimiyyəti 10-180 gün ərzində ölkə xəstəxanalarında 10 mindən 50 minə qədər yaralı əsgərin yerləşdirilə biləcəyini proqnozlaşdırıb. Bu çərçivədə bütün səhiyyə işçilərinin Hərbi Səhiyyə Xidmətinə qoşulmaları tövsiyə edilib.
Nazirlik tibbi personalın müharibə dövrünün spesifik çətinliklərinə - resurs qıtlığına, ehtiyacların artmasına və digər təsirlərə hazırlıqlı olması üçün xüsusi təlimlərin təşkilini nəzərdə tutub. Həmçinin post-travmatik stres pozuntularının müalicəsi və reabilitasiya sahələrinin gücləndirilməsi də gündəmdədir.
Fransanın səhiyyə naziri Ketrin Votren mövzu ilə bağlı çıxış edərək məktubun mövcudluğunu təkzib etməyib. “Xəstəxanalar daim epidemiyalar və fövqəladə hallar üçün hazırlıq görür. Ölkənin baş verə biləcək böhranlara və nəticələrinə öncədən hazırlaşması normaldır. Bu, mərkəzi idarələrin məsuliyyətinin bir hissəsidir”, - deyə bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


