Putin Ərdoğan, Modi və Pezeşkian ilə görüşəcək

Putin Ərdoğan, Modi və Pezeşkian ilə görüşəcək
  29 Avqust 2025    Oxunub:988
Rusiya Prezidenti Vladimir Putin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian və Hindistanın Baş naziri Narendra Modi ilə də görüşlər keçirəcək.
AzVision.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin Modi ilə dekabrda Hindistana planlaşdırılan səfəri müzakirə edəcək.

Ərdoğan və Pezeşkian ilə müzakirələr Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmə həsr olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti