Kiyev vilayətində dəmir yolu infrastrukturu zədələnib. Bu səbəbdən bəzi qatarlar ləngiyir və onlar Kiyevə iki saatdan çox gecikmə qrafiki ilə çatacaqlar.
|
| Rusiya Kiyevə zərbələr endirib: ölənlər arasında uşaqlar var | VİDEO |
Ukrayna Hərbi Hava qüvvələrinin məlumatına görə, hücumda iştirak edən 548 hədəf vurulub. Onlardan 21-nin qalıqları yerdəki obyektlərin üzərinə düşüb. Yeddi ərazidə isə 5 raket və 24 piltosuz hücum təyyarələri yerdəki hədəflərə zərbə endirə bilib.
Xatırladaq ki, avqustun 28-nə keçən gecə, Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərini atəşə tutması nəticəsində 4-ü uşaq olmaqla, 25 nəfər qətlə yetirilib, 54 adam isə yaralanıb. Yaralananlardan 10-u uşaqdır.
— Newsfeed (@Newsfeed883920) August 30, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


