Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyada təyyarə qəzaya uğrayıb
  30 Avqust 2025    Oxunub:675
Rusiyanın Tambov vilayətində yüngülmühərrikli təyyarənin eniş etməsi zamanı pilot ölüb.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olan hava nəqliyyatının hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.

AzVision.az



Teqlər:



Xəbər lenti