İraqda unikal arxeoloji tapıntılar

 İraqda unikal arxeoloji tapıntılar
  01 Sentyabr 2025    Oxunub:796
İraqın şimalında qazıntılar aparan arxeolqolar əvvəllər su altında qalmış qədim məzarlar aşkar ediblər.
AzVision.az “Al Jazeera” telekanaılına istinadən xəbər verir ki, ölkənin ən böyük su anbarı sayılan Mosul bəndində suyun səviyyəsinin aşağı düşməsi arxeoloqlara bu unikal imkanı yaradıb.

Hazırda arxeoloqlar ilkin məlumatlara görə, yaşı 2300 ildən çox olan 40 məzar tapıblar.
Beləliklə, dəfnlər Ellinizm dövrünə aiddir. Müasir İraq ərazisi o zaman Makedoniyalı İskəndərin sərkərdələrindən və davamçılarından biri Selevk tərəfindən qurulan Selevkilər krallığının bir hissəsi idi. Selevkilər dövləti eramızdan əvvəl IV əsrin sonundan eramızdan əvvəl I əsrin ortalarına qədər mövcud olub.

“Tədqiqat qrupu 2023-cü ildən bəri su anbarının sahillərində qazıntı işləri aparır, lakin indiyə qədər arxeoloqlar yalnız bir neçə məzarın fraqmentlərini tapıblar. Quraqlıq onlara axtarış sahəsini genişləndirməyə imkan verib. Alimlər su anbarında suyun səviyyəsi yenidən qalxana qədər məzarların qazııntısısını başa çatdıraraq, onları Dahuk Muzeyinə təhvil verməyə ümid edirlər”, - xəbərdə deyilir.

İraq hakimiyyətinin məlumatına görə, 2025-ci il 1933-cü ildən bəri ən quraq keçən illərdən biri olub. Hazırda ölkənin su ehtiyatları maksimum səviyyənin cəmi 8%-ni təşkil edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İraq   arxeologiya   tapıntılar  



Xəbər lenti