Merts: “Almaniya NATO-nu xilas etdi”
Almaniya konstitusiyasına müdafiə xərcləri üçün xüsusi fondun yaradılmasına imkan verən dəyişiklikləri xatırladan Mertsin fikrincə, məhz bu qərar NATO-nu effektiv şəkildə xilas edib.
“Mən NATO-nun Haaqa sammitində idim. Əgər biz konstitusiyaya dəyişiklik etməsəydik və Almaniyanın müdafiəyə 3,5% və lazımi infrastruktura 1,5% xərcləməsinə hazır olmasaydıq, yəqin ki, o gün NATO dağılacaqdı. Biz bunun qarşısını aldıq”, - Almaniya kansleri vurğulayıb.
Maraqlıdır ki, bundan əvvəl amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks bəyan etmişdi ki, Şimali Atlantika Alyansı öz missiyasını yerinə yetirdiyi üçün hələ 1990-cı ildə ləğv edilməli idi.
Onun sözlərinə görə, hərbi blok artıq mövcud olmayan SSRİ ilə qarşıdurma üçün yaradılmışdı və buna görə də ona “zərurət itib”. Professor NATO-nun Vaşinqtonun əlində güc alətinə çevrildiyini və “əsassız” şəkildə şərqə, Rusiya sərhədlərinə doğru genişlənmə siyasəti yürütdüyünü iddia edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


