Ukrayna Rusiya helikopterlərini məhv edib | VİDEO

   Ukrayna Rusiya helikopterlərini məhv edib    | VİDEO
  01 Sentyabr 2025    Oxunub:675
Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) “Kabuslar” adlı xüsusi təyinatlı dəstəsi Simferopol yaxınlığındakı Qvardeyskoye kəndində Rusiya aviabazasına PUA-lar vasitəsi ilə zərbə endirib.
AzVision.az BKİ-nin Teelgram-kanalında yerləşdirilən məlumata istinadən xəbər verir ki, hücum nəticəsində Rusiyanın iki ədəd “Mi-8” helikopteri vurulub.

Məhv edilən texnikanın ilkin dəyəri 20-30 milyon dollar civarında qiymətləndirilir. BKİ bildirir ki, əməliyyat zamanı Sevastopol körfəzində yerləşən Rusiya yedək gəmisinə də, ehtimala görə, “BUK-2190” zərbə endirilib. Hücum zamanı bu gəmiyə qarşı xüsusi döyüş başlığı yönəldilib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   helikopterlər  



Xəbər lenti