Türkiyə müdafiə sənayesi müəssisəsində partlayış olub

Türkiyə müdafiə sənayesi müəssisəsində partlayış olub
  01 Sentyabr 2025    Oxunub:533
Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub.
AzVision.az xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində ikisi jandarm, biri polis olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti