ABŞ-yə yollanan 14 min miqrant geri qayıdıb

ABŞ-yə yollanan 14 min miqrant geri qayıdıb
  02 Sentyabr 2025    Oxunub:523
ABŞ-yə üz tutan 14 min nəfər miqrant geri dönüb.

AzVision.az xəbər verir ki, bu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının dəstəyi ilə Kolumbiya, Panama və Kosta-Rika hökumətləri tərəfindən yayımlanan hesabat bildirilir.

Hesabatda qeyd olunur ki, onların böyük əksəriyyəti Venesuela vətəndaşlarıdır. Miqrantlar ölkədə uzun illər davam edən iqtisadi, sosial və siyasi böhrandan qaçaraq ABŞ-yə üz tutublar, lakin yeni immiqrasiya siyasəti ilə üzləşdikdən sonra geri qayıtmalı olublar.

Məlumata əsasən, Kolumbiya və Panama sərhədində yerləşən təhlükəli Darien dəhlizindən 2023-cü ildə yarım milyondan çox miqrant keçib ki, bu da rekord göstərici olub. 2024-cü ildə bu axın nisbətən zəifləyib və ilin əvvəlində demək olar ki, tamamilə dayanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti