Rusiya-Ukrayna: qarşılıqlı zərbələr | VİDEO

Rusiya-Ukrayna: qarşılıqlı zərbələr    | VİDEO
  03 Sentyabr 2025    Oxunub:633
Rusiyanın Anapa şəhərinin ətraf ərazilərinin səmasıda ən azı səkkiz partlayış baş verib, şəhərdə xəbərdarlıq siqnalları işə düşüb.
AzVision.az Rusiyalı blogerlərə istinadən xəbər verir ki, “Rosaviasiya” Gelencik hava limanında “Xalça” planının elan olunduğunu açıqlayıb. Kaluqa hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Rostov vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Yuri Slyusar, öz növbəsində, Ukrayna ordusunun hava hücumunun dəf olunduğunu söyləyib.

Millerovski, Tarasovski, Belokalitvinski və Çertkovski rayonlarında PUA-lar vurulub. Belaya Kalitvada qəlpələr binaların fasadlarını zədələyib, iki yaşayış binasının şüşələri sındırılıb. Koksovı kəndində də bir neçə fərdi yaşayış evinin pəncərələri zədələnib.

Rusiyanın Müdafiə nazirliyinin məlumatına görə, ölkənin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Ukraynanın 27 pilotsuz təyyarəsini məhv edib. Şahidlər bir neçə PUA-nın dəniz üzərində vurulduğunu da görüblər.

Monitorinq ictimaiyyəti, eyni zamanda, Rusiyanın “Engels-2” aviabazasından bir “Tu-160” strateji bombardmançısının havaya qalxdığını qeydə alıb. Hava hücumu həyəcanı fonunda Ukrayna mediası ölkənin Rovno və Jitomir vilayətlərində yaşana partlayışlar barədə məlumat yayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti