Rusiya təyyarəsi qəza enişi edib | VİDEO

   Rusiya təyyarəsi qəza enişi edib    | VİDEO
  03 Sentyabr 2025    Oxunub:707
Rusiyanın “İl-76” hərbi-nəqliyyat təyyarəsi Krasnoyarskın Çeremşanka hava limanına məcburi eniş edib.
AzVision.az “Borus” Telegram-kanalına istinadən xəbər verir ki, Ulan-Udeyə uçan təyyarə məcburi enişdən sonra təqribən 50 metr uçuş-enmə zolağından kənara yuvarlanıb.

“İlkin məlumatlara görə, qəza enişinə təyyarədə baş verən yanğın və ya mühərriklərdən birinin nasazlığı səbəb ola bilər”, - xəbərdə deyilir.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerində təcili yardım xidmətləri işləyir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   təyyarə   qəza  



Xəbər lenti