Britaniyalı nazir gözlənilmədən Kiyevə gəlib | VİDEO

Britaniyalı nazir gözlənilmədən Kiyevə gəlib    | VİDEO
  03 Sentyabr 2025    Oxunub:625
Böyük Britaniyanın Müdafiə naizri Con Hili sentyabrın 3-də Ukraynaya səfər edib.
AzVision.az xəbər verir ki, Ukraynanın Müdafiə naziri Denis Şmıqal öz Telegram-kanalında bu barədə paylaşım edib.

“Görüş zamanı Londonda keçiriləcək “Ramştayn” görüşünün əsas məsələlərini və birgə müdafiə layihələrini əlaqələndirəcəyik. Biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm ikitərəfli qərarlar hazırlayırıq”, - ukraynalı nazir vurğulayıb.

Xatırladaq ki, Böyük Britaniya hərbi əməliyyatlar dayandırılacağı təqdirdə Ukraynaya “könüllülər koalisiyası” nın tərkibində qoşun yeridəcəyini istisna etməyən ölkələrdən biridir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hili   Kiyev  



Xəbər lenti