Lissabonda dəhşətli faciə yaşanıb | VİDEO

   Lissabonda dəhşətli faciə yaşanıb  | VİDEO
  04 Sentyabr 2025    Oxunub:710
Portuqaliyanın paytaxtı Lissabon şəhərində “Qloriya” funikulyorunun relsdən çıxması nəticəsində azı 15 nəfər həlak olub.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 18 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır. Şəhər hakimiyyəti ölənlər arasında xarici vətəndaşların olduğunu bildirib.

Faciənin şahidlərinin jurnalistlərə verdiyi məlumata görə, funikulyor idarəetməni itirərək “böyük güclə” binaya çırpılıb.

“Qəzaya səbəb funikulyorun konstruksiyasında kabelin qırılması olub. Funiklyor sonuncu dəfə 2024-cü ilin sentyabrında təmir edilib”, - yanğınsöndürənlərə istinad edən “Observador” qəzeti yazıb.

Lissabonun görməli turizm yerlərindən biri olan “Qloriya” funikulyoru 40-dan çox sərnişini qəbul edə bilir.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: Portuqaliya   funiklyor   qəza  



Xəbər lenti