Moskva: “Minsk qrupunun ləğvi əsaslıdır”

      Moskva:    “Minsk qrupunun ləğvi əsaslıdır”
  04 Sentyabr 2025    Oxunub:1132
Rusiya tərəfi Minsk qrupunun (MQ) buraxılması ilə bağlı ATƏT-in qərarını “əsaslı” hesab edir.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.
Onun szlərinə görə, regionda vəziyyətin köklü dəyişməsi baxımından Moskva bu qərarı əsaslı və haqlı addım kimi qiymətləndirir.

“Minsk institutlarının fəaliyyətinin bitməsi təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur. Bu dövlətlərin xarici işlər nazirləri avqustun 11-də müvafiq təkliflə ATƏT-ə müraciət ünvanladılar. Bununla da onlar təsdiq etdilər ki, Bakı və İrəvanın Minsk prosesinin alətlərinə artıq ehtiyacı yoxdur”, - Rusiya XİN-in rəsmisi vurğulayıb.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT Nazirlər Şurasının ATƏT-in Minsk prosesini və əlaqədar strukturlarını bağlamaq barədə qərar qəbul etdiyini bildirib.
ATƏT Katibliyinə 2025-ci il dekabrın 1-dən gec olmayaraq Minsk qrupunun bağlanması ilə bağlı yaranan inzibati və texniki məsələləri həll etmək tapşırılıb.

- Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində əvvəllər qəbul edilmiş bütün qərarlar qüvvəsini itirəcək və tətbiq edilməyəcək”, - Azərbaycan XİN-in açıqlamasında vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   MQ   ləğv  



Xəbər lenti