Niyə Putin Zelenskini Moskvaya dəvət edib?

      Niyə Putin Zelenskini Moskvaya dəvət edib?
  05 Sentyabr 2025    Oxunub:1045
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskini “təslim olmaq” yox, danışıqlar üçün Moskvaya dəvət edib.
AzVision.az Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “VEF-2025” tədbirində jurnalistlərlə söhbətində belə açıqlama səsləndirib.

“Onu Moskvaya təslim olmaq üçün yox, danışmaq üçün dəvət ediblər. Bu Rusiya prezidentinin təklifi idi və biz görürük ki, Zelenski şəxsən Ukraynanın Xarici İşlər naziri vasitəsilə onu rədd edib”, - Kremlin sözçüsü görüş yeri kimi niyə məhz Moskvanın təklif olunması barədə sualın cavabında deyib.

Moskva: “Xarici qoşunlara Ukraynada yer yoxdur”
Xatırladaq ki, sentyabrın 3-də Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Vladimir Putin deyib: “Əgər Volodimir Zelenski Moskvaya gəlməyə hazırdırsa, onda gəlsin və bu görüş baş tutacaq. Lakin indi belə bir görüşdə mən o qədər də məna görmürəm”.

Yeri gəlmişkən, “VEF-2025” tədbiri çərçivəsində jurnalistlərlə söhbətində Dmitri Peskov Ukrayna ərazisində xarici ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsinin Moskva üçün qəbuledilməz olduğunu da diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Zelenski   Moskva  



Xəbər lenti