"İki Donald" ixtilafı

   "İki Donald" ixtilafı
  05 Sentyabr 2025    Oxunub:1107
Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampı “Rusiya casusu” adlandırmasından peşiman olmadığını bildirib.
AzVision.az xəbər verir ki, Donald Tusk “TVO Info” telekanlında yayımlanan mətbuat konfransında belə deyib.

“Həyatımda dediyim heç bir sözə peşiman deyiləm. Prezident Tramp yalnız mənim nöqteyi-nəzərimdən tələbkar və çətin tərəfdaş deyil”, - Polşanın baş naziri vurğulayıb.

Siyasətçi bildirib ki, Varşava Vaşinqton qarşısında “diz çökmək” niyyətində deyil, çünki Polşa Amerika silahlarına və Amerika qoşunlarının öz ərazisində yerləşdirilməsinə görə xeyli pul ödəyir.

Xatırladaq ki, Tusk 2023-cü ilin martında seçicilərlə görüşdə adaşı Trampın “Rusiya kəşfiyyat xidmətlərindən asılılığının heç müzakirəyə ehtiyacı olmadığını” deyib.

Daha sonra o, 2024-cü ildə baş nazir kimi bu sözləri geri götürərək, “heç vaxt belə bir söz demədiyini” iddia edib. Lakin bəyanatın qeydə alındığı görüşün videoyazısı hələ də onun YouTube kanalında qalır.

Bu baxımdan, Polşanın baş nazirinin nə vaxt səmimi olduğu bəlli deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Donald   Tramp   Tusk  



Xəbər lenti