Qazaxıstanda rekord həcmdə kokain tutulub | VİDEO

   Qazaxıstanda rekord həcmdə kokain tutulub    | VİDEO
  05 Sentyabr 2025    Oxunub:780
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatıda təxminən 13,2 ton kokain partiyasını saxlayıblar. Bu, ölkə tarixində bir dəfəyə aşkarlanan rekord həcmdir.
AzVision.az Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) məlumatına istinadən xəbər verir ki, narlotik yük Qazaxıstandan keçməklə üçüncü ölkələrə tranzit olunub. Narkotik kanalının təşkilində əli olmaqda şübhəli bilinən iki əcnəbi vətəndaş saxlanılıb, lakin onların vətəndaşlığı dəqiqləşdirilməyib.


MTK bildirib ki, beynəlxalq narkotik qaçaqmalçılığı kanalının aradan qaldırılması üzrə əməliyyat çərçivəsində cinayət işi açılıb.

İstintaq Qazaxıstan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) ilə aparılır. Bu maddə üzrə ən yüksək cəza əmlakı müsadirə olunmaqla 12 ilədək azadlıqdan məhrumetmədir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qazaxıstan   kokain  



Xəbər lenti