Maduro qoşun toplayır | VİDEO

   Maduro qoşun toplayır |    VİDEO
  08 Sentyabr 2025    Oxunub:671
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəddə, həmçinin ölkənin Karib və Atlantik sahillərində 25 min əsgərin yerləşdirməsi ilə əlaqədar əmr verib.
O bu barədə özünün "Telegram" kanalında yazıb ki, səfərbərliyin əsas məqsədi "milli suverenliyin mühafizəsi, ölkənin təhlükəsizliyi və sülh uğrunda mübarizə"dir.

Nikolas Maduro sentyabrın 5-də yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, ölkənin 8 milyondan çox vətəndaşını sözügedən amal uğrunda səfərbərliyə çağırmaq niyyətindədir. Prezidentin sözlərinə görə, belə bir təşəbbüs ABŞ-nin "artan təzyiqlərinə cavab"dır.

Xatırladaq ki, sentyabrın əvvəlindən etibarən ABŞ və Venesuela arasında gərginlik artıb. ABŞ Prezidenti Donald Tramp vurğulayıb ki, Vaşinqton Venesuela ərazisindəki narkotik alverçilərinə qarşı mübarizə başlada bilər. Nikolas Maduronun sözlərinə görə, belə bir addım ölkənin təbii sərvətlərini ələ keçirmək üçün uydurulmuş bəhanədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Venesuela   ABŞ   gərginlik  



Xəbər lenti