Qalstyan: “Azərbaycanla sülh Ermənistan üçün sərfəlidir”

      Qalstyan:    “Azərbaycanla sülh Ermənistan üçün sərfəlidir”
  09 Sentyabr 2025    Oxunub:1057
Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, öz iqtisadiyyatına əhəmiyyətli dərəcədə xarici investisiya axını cəlb edə biləcək.
AzVision.az xəbər verir ki, Ermənistan Mərkəzi bankının sədri Martin Qalstayn ölkə pralamentində çıxışı zamanı belə deyib.

“Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir. Sülh sazişi imzalansa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər”, - erməni nazir vurğulayıb.

Qalstanyan bununla əlaqədar Ermənistanın iqtisadi artım göstəricilərinə yenidən baxıla biləcəyini istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh  



Xəbər lenti