Ankarada yeraltı təkan yaşanıb | VİDEO

   Ankarada yeraltı təkan yaşanıb    | VİDEO
  11 Sentyabr 2025    Oxunub:703
Sentyabrın 11-də Türkiyənin paytaxtı Ankara şəhərində 4,1 bal gücündə zəlzələ baş verib və təşvişə düşən sakinlər küçələrə qaçıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Çankaya bölgəsində, “TRT” dövlət teleradio şirkətinin yaxınlığındakı evlərdə hiss olunub. Sosial şəbəkələrdə iaşə və ticarət obyektlərinin silkələndiyini əks etdirən videogörüntülər də yayılır. Lakin hazırda kritik vəziyyət yoxdur.

Təbii Fəlakətlərin ləğvi idarəsinin (AFAD) məlumatına görə, yeraltı təkanların maqnitudası 4,1 dərəcə təşkil edib. Zəlzələnin mərkəzi Kalecik bölgəsində 11,08 kilometrdə qeydə alınıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ankara   zəlzələ  



Xəbər lenti