Slovakiyada etiraz aksiyası keçirilib

Slovakiyada etiraz aksiyası keçirilib
  12 Sentyabr 2025    Oxunub:1146
Bratislavada minlərlə insan baş nazir Robert Fitsonun Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşünə və hökumətin iqtisadi tədbirlərinə etiraz edib.
AzVision.az “Associated Press (AP)” agentliyinə istinadən xəbər verir ki, Robert Fitsonun Çinə səfərindən sonra Slovakiyada hökumət əleyhinə etirazların növbəti dalğası başlayıb.

Slovakiyanın baş naziri Pekinə səfəri çərçivəsində Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Putinlə üçüncü dəfə görüşüb. O, həm də Çinin sədri Si Cinpinin İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə təşkil etdiyi hərbi parada qatılan yeganə Avropa lideri olub.

Putin Ukraynaya gedən qazı kəsməyə çağırıb
Bratislavanın mərkəzi meydanında etirazçılar “Rüsvayçılıq, ar olsun” “Fitsodan cana doymuşuq” şüarları səsləndiriblər.

Nümayişçilər həmçinin hökumətin bu yaxınlarda açıqladığı qənaət planından narazı olduqlarını bildirərək, bir sıra qalmaqalları, o cümlədən Avropa İttifaqı (Aİ) vəsaitlərindən sui-istifadə hallarını pisləyiblər.

Gələn həftə daha bir böyük müxalifət qüvvəsi – “Proqressiv Slovakiya” sosial-liberal partiyası paytaxt Bratislavada mitinq keçirəcəyini açıqlayıb.

Xatırladaq ki, Pekində Fitso ilə görüşdə Vladimir Putin Slovakiyanı Ukraynaya qaz tədarükünü kəsməyi tövsiyə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Slovakiya   etirazlar  



Xəbər lenti