İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu
  14 Sentyabr 2025    Oxunub:475
İranın Fars əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Yeraltı təkanlar səhər saatlarında Kənartəxte şəhərində, 16 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, dünən də Fars əyalətinin Xeşt şəhərində eyni gücdə zəlzələ baş vermişdi.

Hazırda dağıntılar və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti