Misirdə çimərliklər niyə bağlanır? | VİDEO

Misirdə çimərliklər niyə bağlanır?    | VİDEO
  16 Sentyabr 2025    Oxunub:745
Misirdə köpəkbalığı işğalı başlayıb. Yırtıcıların sahilə yaxın üzməsi səbəbindən bir neçə çimərlik bağlanıb. Səyahətini yenicə planlaşdıran turistlərə təhlükə barədə xəbərdarlıq edilir.
AzVision.az xəbər verir ki, turistlərə gələnlərə istinad edən “Shot” portalının məlumatına görə, köpəkbalıqları Hurqada sahillərində və Makadi kurort şəhəri yaxınlığında müşahidə edilib.

Son bir neçə gündə 5 ulduzlu “Labranda Royal Makadi”, “Kleopatra Luxury Beach” və “Stella Makadi” də daxil olmaqla 10-a yaxın otelin çimərlikləri bağlanıb. Daha sonra bəzi bölgələrdə qadağa götürülüb.

Misirə uçmağı planlaşdıran turistlərdən diqqətli olmaları xahiş edilir.

“Noyabr ayı üçün tur sifariş edərkən qeydiyyat zamanı kurortların çimərliklərinin yaxınlığında üzən köpəkbalıqları ilə bağlı mənə bir neçə dəfə xəbərdarlıq olunub”, - Misirə gəlməyi planlaşdıran turistlərdən biri deyib.

Mütəxəssislər bildirirlər ki, turistlər insanlar üçün ən təhlükəli olan pələng, küt burunlu və ya öküz köpəkbalığı ilə rastlaşa bilərlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Misir   köpəkbalığı   çimərlik  



Xəbər lenti