Trampın Çinə səfəri gözlənilir

   Trampın Çinə səfəri gözlənilir
  17 Sentyabr 2025    Oxunub:1001
ABŞ Prezidenti Donald Tramp oktyabrın axırı və ya noyabrın əvvəlində Çinə yollana bilər.
"South China Morning Post" qəzeti iki rəsmi mənbəyə istinadən yazır ki, iki ölkə prezidentin səfəri ilə əlaqədar danışıqları başa çatdırmaq üzrədir. Məlumata əsasən, səfər oktyabrın 31-i – noyabrın 1-i aralığında Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) sammitindən əvvəl, yaxud sonra baş tutacaq.

Qəzet vurğulayır ki, Donald Tramp, həqiqətən də, Pekinə gedərsə, bu onun 2017-ci ildən bəri Çinə ilk gedişi sayılacaq. Belə bir şəraitdə çinli həmkarı Si Tsinpinin də gələn il ABŞ-yə cavab səfəri həyata keçirməsi mümkündür.

"Rəsmi Pekin sentyabrın ilk həftəsində Donald Trampa rəsmi dəvət göndərib. Bu o deməkdir ki, dövlət səfəri az-çox təsdiqlənib", – qəzet yazır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Çin   prezident   səfər  



Xəbər lenti