Paşinyan: “Ermənistan Aİ-nin dalınca qaçmır”

      Paşinyan:    “Ermənistan Aİ-nin dalınca qaçmır”
  23 Sentyabr 2025    Oxunub:831
Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaya da bilər, lakin bütün sahələrdə Avropa standartlarının tətbiqi İrəvan üçün prioritet kimi qalır.
AzVision.az xəbər verir ki, erməni mətbuatının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan “Demokratiya üzrə Erməni Forumunda” çıxışı zamanı baelə deyib.

“Aİ-yə üzvlüyün Ermənistan üçün nə dərəcədə real və ya qeyri-real olduğuna dair ictimai müzakirələr gedir. Hökumət və siyasi çoxluq deyir ki, bizim məqsədimiz bütün sahələrdə Aİ standartlarına nail olmaqdır. Bu, həlledicidir. Çünki çoxları bunda geosiyasi məqamlar görür”, - Nikol Paşinyan söyləyib.

Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Onun sözlərinə görə, demokratik islahatların növbəti mərhələsi İrəvanın Avropa dəyərlərinə qeyd-şərtsiz və qəti sadiqliyinin rəsmi təsdiqi olacaq.

Xatırladaq ki, bu il martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə qoşulması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Aprelin 4-də isə Ermənistan prezidenti onu imzalayıb. Baş nazir Nikol Paşinyan isə vurğulayıb ki, Ermənistan Avropa İqtisadi İttifaqı (Aİİ) və Rusiya ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil, əksinə, iqtisadiyyatı şaxələndirməyə və Aİ ilə ticarəti genişləndirməyə çalışır.

Lakin İrəvanın ikibaşlı siyasətindən narahatlığını gzilətməyən Moskva bununla bağlı Ermənistan hakimiyyətinə dəfələrlə xəbərdalıq mesajları ünvanlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Paşinyan    



Xəbər lenti