Qəzzadakı xəstəxanalar bağlanmaq təhlükəsi altındadır

Qəzzadakı xəstəxanalar bağlanmaq təhlükəsi altındadır
  23 Sentyabr 2025    Oxunub:1010
"Qəzza zolağında yanacaq çatışmazlığı ucbatından buradakı xəstəxanalar öz fəaliyyətini dayandıra bilər".
Britaniyanın "The Guardian" qəzetinin xəbərinə əsasən, bu barədə Qəzzanın iranyönümlü HƏMAS qruplaşması nəzarətindəki Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Bildirilib ki, hazırkı mərhələdə xəstəxanaların həftənin sonunadək bağlanması nəzərdə tutulur.

"Qəzza zolağında qalan tibb müəssisələrində yanacaq çatışmazlığı kritik həddə çatıb. Həyati vacib şöbələr öz fəaliyyətini bir neçə gün dayandıra bilər ki, bu da, öz növbəsində, sağlamlıq böhranının böyüməsi, xəstə və yaralıların həyatının ölüm təhlükəsi altında qalması deməkdir. Səhiyyə Nazirliyi gözlənilməz nəticələrdən yayınmaq məqsədilə yanacaq ehtiyatının artırılması üçün aidiyyəti təşkilatları köməyə çağırır", - məlumatda vurğulanıb.

Eyni zamanda, zolaqda yerləşən "Əl-Rəntisi" uşaq xəstəxanası, habelə Qəzza şəhərindəki göz xəstəxanası İsrail Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində xidmətdən kənar qalıb. Xatırladaq ki, İsrail Ordusu Qəzza şəhərinin mühasirəyə alınması məqsədilə son günlərdə hərbi əməliyyatlarını genişləndirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   İsrail   Fələstin   müharibə   xəstəxana  



Xəbər lenti