ÜST: "Hər il 1,5 milyon insan qurğuşun zəhərlənməsindən ölür"

      ÜST:    "Hər il 1,5 milyon insan qurğuşun zəhərlənməsindən ölür"
  17 Oktyabr 2025    Oxunub:942
"Bütün ölkələri bu məsələ üzrə təcili tədbirlər görməyə çağırırıq".
Bu ifadələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında vurğulanıb. Təşkilat ölkələri qurğuşun boyaların istehsalı, idxalı, satışı və istifadəsi ilə əlaqədar hərtərəfli qadağaların ciddi surətdə tətbiqinə çağırıb. Bəyanata əsasən, qurğuşundan zəhərlənmə xüsusilə ürək-damar xəstəlikləri ilə nəticələnir.

"Beləliklə, hər il təqribən 1,5 milyon insan qurğuşun zəhərlənməsindən həyatını itirir. Bu metalın təhlükəsiz səviyyəsi yoxdur. Onun təsirini aradan qaldırmaq, gələcək nəsilləri qorumaq üçün qaçılmaz tədbirlər görülməlidir. Uşaqlarda qurğuşun zəhərlənməsi intellektin azalmasına, öyrənmə və davranış problemlərinə gətirib çıxarır. Bu metal boyalar, batareyalar, kosmetikalar və s. bir çox gündəlik əşyanın tərkibində mövcuddur. O, havanı, suyu, torpağı çirkləndirir", – bəyanatda bildirilib.

Məlumat üçün bildirək ki, 19-25 oktyabr aralığında ÜST-ün təşkilatçılığı ilə 13-cü illik Beynəlxalq Qurğuşun Zəhərlənməsinin Qarşısının Alınması Həftəsini keçiriləcək. Bu tədbir adıçəkilən metalın sağlamlığa zərərli təsirləri barədə məlumatlılığı artırmaq məqsədi daşıyır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ÜST   qurğuşun   zəhərlənmə   xəbərdarlıq  



Xəbər lenti