Xədicəyə `bacı` deyənlərə 4 sual

Xədicəyə `bacı` deyənlərə 4 sual
  08 Dekabr 2014    Oxunub:10096
Hacıbəy Heydərli
azxeber.com saytının baş redaktoru

1 il öncə radikal müxalifətin, daha da konkretləşdirsəm, “NİDA” gənclər hərəkatının sosial şəbəkələrdə “at oynatdığı” vaxtlar idi və 5-6 gənc “fake profillər”lə açdıqları səhifələrdə iqtidarı dəstəkləyən gəncləri, o cümlədən məni də təhqir edirdilər. Olmayan ağıllarına və boş olan ağızlarına gələn hər şeyi yazırdılar.

Öncədən deyim ki, öz dünyalarında müxalifliyi yalnız təhqir və söyüş dolu karikaturalarda görən bu gənclərin sayəsində özümə çox dəyərli dostlar, tanışlar qazandım. Hətta illərdir ki, müxalif düşərgədə olan və müxalifliyi özlərinə həyat tərzi seçənlər də ilk fürsətdəcə onların əleyhinə çıxdı. Həmin ərəfədə məni reklam etdiklərinə, dəyərli dostlar qazandırdıqlaırna görə bu səhifə adminləri tapıb, onlara təşəkkür etmək istəsəm də, buna heç cür nail ola bilmədim.

Və sonunda məlum oldu ki, evlərində “molotov kokteyli” hazırlayıb, insanları iğtişaşlara çağıran gənclər həm də bu səhifələrin adminləri imiş. Onlara azadlıqda verəcəyim cavab olduğundan həbs olunduqlarından sonra əleyhlərinə bir cümlə də olsun yazmadım, sadəcə bu gənclərin azadlığa çıxandan sonra nə qədər mənasız və boş işlərlə məşğul olacaqlarını anlamalarını istəyirdim ki, o da oldu. Bəxtiyar Quliyev həbsdən çıxandan sonra ilk açıqlamasını məhz bu yöndə verdi. Əminəm ki, digər gənclər də səhvlərini anlayıblar və onlardan siyasi kamikadze hazırlayan müxalif liderlərə iqtidardakı gənclərdən daha çox nifrət edirlər.

Müxalif liderlərdən söz düşmüşkən… Elə bu gəncləri bu vəziyyətə salanların başında AXCP sədri Əli Kərimli gəlir. O Kərimli ki, “Azadlıq” qəzetini özünün bloquna çevirib və bütün günü öz dostlarını, tanışlarını, özü kimi iqtidara deyil, dövlətə düşmən kəsilən şəxsləri reklam edir. Özünü demokratiya carçısı adlandıran bloqun əsas prinsipləri bunlardır: Burada Əli Kərimli haqda mənfi heç nə yazılmayacaq, , sosial şəbəkələrdə AXCP-yə qarşı çıxan “user”lər qəzetdə söyüləcək, “Əli bəy” xanım imzalarıyla köşələr yazacaq, ABŞ, QƏRB ölkələri və onların agentləri nə qədər zibil işləri olsa da, hər imkanda müdafiə ediləcək.

ABŞ-ın agenti deyəndə, ağıla ilk olaraq Xədicə İsmayılova gəlir. O Xədicə İsmayılova ki, həbsindən bir neçə gün öncə mənim adımı şəxsi “facebook” səhifəsinə yazmış və Rauf Arifoğlunu saytımıza müsahibə verdiyinə görə qınamışdı. Xədicəylə yuxarıda qeyd etdiyim “nida”çıların oxşarı bir cəhəti də odur ki, adamlar nəsə tənqidi bir söz görən kimi həmin an həmin şəxsi bloq edir və feyk profilləri ilə söyüşlər yazmağa başlayırlar. Elə bu səbəbdən də susmaq qərarına gəldim və təsadüfən 2 gün sonra Xədicənin həbs xəbəri yayıldı. Öncədən deyim ki, “nida”çılar kimi, Xədicə də həbsdə olduğu müddətdə onun haqda nəsə yazmaq fikrindən uzağam. Çünki bu adamların hər biriylə üzbəüz debata çıxmağa və sözümü onlar kimi dalca yox, üzə deməyə hazıram. Özü də Xədicənın dal çevirməyə meylli olduğunu bilə-bilə…

Bu yazını yazmaqda məqsədim Xədicənin tutulmasına səbəb olan faktlardır. Baş prokurorluğun yaydığı açıqamada ən çox diqqətimi çəkən məqam bu oldu: Xədicə İsmayılova Tural Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Həmişə olduğu kimi hər şeyi qara görən və özlərini ideal sayan radikallar bu ittihamları qəbul etmədilər və bunu iftira, şər böhtan adlandırdılar. Belə olan məqamda həmin şəxslərə bir neçə sualım var. Əgər aralarında cəsarətlisi, obyektivi və vicdanlısı varsa, buyursun bu sualları cavablandırsın:
1. Nəyə görə Xədicə İsmayıl saxlanıldığı an dostlarından “facebook” profilinin bağlanmasını, yəni de-aktiv hala gətirilməsini xahiş edib? Unutmayaq ki. Tural Mustafayev ifadəsində məhz sosial şəbəkədə təhdid olunduğunu bildirib. Əgər Xədicəniz bu qədər safdırsa, nəyə görə profilini bağlatdırdı?

2. Necə olub ki, “Azadlıq” radiosunun adi veriliş aparıcısı olan və öz diliylə desək orada heç bir vəzifə tutmayan Xədicə İsmayılın bir sözüylə beynəlxalq radio Tural Mustafayevi işə qəbul edib?

3. Necə olub ki, maliyyə qaynağı bilinməyən və özlərinin dililə desək, Xədicəylə heç bir əlaqəsi olan “Meydan TV” Turala yüksək maaş kəsib və onu jurnalistin sözüylə işə qəbul edib? “Meydan TV” bu qədər safdırsa, buyursun maliyyə qaynaqlarını və Turalı hansı bacarığına görə işə götürdüyünü açıqlasın…

4. Və son sual… Bir müddət öncə videosu yayılan və bununla qürur duyduğunu söyləyən Xədicə İsmayılovanın bir gənc insanı porno kasetlə təhdid etməsi gözlənilən deyilmi? Unutmayaq ki, azad seks ideyasını təbliğ edən müxalifətçilərin içində də cəmiyyətimizdə daşlaşmış və edilməsi “padlo” görünən hərəkətləri edib, sonra peşman olan insanlar var. Xədicənin də əlində ən böyük silah və Turalı intihar həddinə gətirən də bu ola bilərmi, sizcə?

Hər zaman yazılarında və verilişlərində iqtidardan cavab tələb edən Xədicə və onun azadlıqda olan dostları buyursunlar bu suallara cavab versinlər, əgər cavabları varsa…



Teqlər:  





Xəbər lenti