“KATV1” qiymətləri qaldırdı - İstifadəçilər narazıdır

“KATV1” qiymətləri qaldırdı - İstifadəçilər narazıdır
  20 Yanvar 2016    Oxunub:4336
Bakının böyük bir hissəsini televiziya yayımı və internetlə təmin edən “KATV1” şirkəti qiymət artımı ilə bağlı istifadəçilərin etirazlarına cavab verib.
Şirkətdən AzVision.az-a bildirib ki, “KATV1” internet və televiziya yayımına görə qiymətləri qaldırmayıb, bundan öncə tətbiq edilən endirim kampaniyanın müddəti başa çatıb.

“istifadəçilərin etirazları əsassızdır. Bizdə qiymətlər artmayıb. Bundan öncə də bəyan etdiyimiz kimi, endirim kampaniyasının vaxtı başa çatdığından qiymətlər dəyişib. Kampaniya müddətində televiziya yayımına görə 5 manat ödəniş edilirdi. Kampaniya başa çatdığından indi ödəniş 10 manatdır. İnternetin qiyməti isə bundan öncə olduğu kimi aylıq 18 manat təşkil edir”.

“KATV1”-in endirim kampaniyasını dayandırması istifadələrin narazılığına səbəb olub. Şirkətin təqdim etdiyi internetin keyfiyyətindən şikayət edən istifadələr “KATV1”-in xidmətindən imtina edəcəklərini bildirirlər.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti