Xaçmazda həkim özünü öldürmək istədi
O, bu gün Xudat şəhərində atasına məxsus evin hamamında venasına kəsici-deşici alətlə xəsarət yetirib. Yaxınları onu Xudat şəhər xəstəxanasına vaxtında apardıqlarından qadının həyatını xilas etmək mümkün olub.
“Xəstə 11:30-da ağır vəziyyətdə gətirilib. Sol bazunun aşağı hissəsinin kəsici-deşici yara və qan axma ilə cərrahiyyə otağina götürülüb, tədbir görülüb”, - Xudat şəhər xəstəxanasının cərrahı Məmmədyar Məmmədov bildiridi.
40 yaşlı həkim qadının hansı səbəbdən öz əli ilə öz canına qıymasının səbəblərini Xaçmaz prokurorluğu araşdırır.
Onun yaşadığı Xaçmaz şəhərində ailəsi ilə mübahisəsi olduğu deyilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


