Bakı - Nyu-York reysi ləğv olundu

Bakı - Nyu-York reysi ləğv olundu
  23 Yanvar 2016    Oxunub:2371
"Azərbaycan Hava Yollarının" (AZAL) Bakı - Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında bildiriblər.

Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti