Ötən il 6266 hüquqi şəxs qeydiyyatdan keçib

Ötən il 6266 hüquqi şəxs qeydiyyatdan keçib
  25 Yanvar 2016    Oxunub:1598
Ötən il ölkədə 6266 hüquqi şəxs (nümayəndəlik və filiallar) qeydiyyatdan keçib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslərin 53,8 faizi Bakının, 11,9 faizi Aran bölgəsinin, 10,8 faizi Lənkəranın, 8,1 faizi Abşeronun, 5,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarının, qalanları isə digər regionların payına düşüb.

Bundan əlavə, 2015-ci ildə ölkənin vergi orqanlarında 70 min 974 fiziki şəxs qeydiyyata alınıb. Qeydiyyata alınan fiziki şəxslər əsasən Bakı, Aran zonası, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyatdan keçib.


Teqlər:



Xəbər lenti