Azərbaycanda pensiyalar yenidən artırıldı

Azərbaycanda pensiyalar yenidən artırıldı
  25 Yanvar 2016    Oxunub:9242
Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

AzVision.az


Teqlər:  



Xəbər lenti