“Təhlükəyə Son!” layihəsinin ilk seminarı həyata keçirildi

“Təhlükəyə Son!” layihəsinin ilk seminarı həyata keçirildi
  26 Yanvar 2016    Oxunub:2170
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günay Mahmudlunun rəhbərliyi altında həyata keçirilən “Təhlükəyə Son!” layihəsinin ilk seminarı dünən, yəni yanvarın 25-də Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 saylı orta məktəbdə baş tutdu. Tədbirin rəsmi hissəsində Gənclər Fondunun fəaliyyətindən, Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən, bu sahədə həyata keçirilən layihələrdən danışılıb.
Daha sonra təlimçilər Nərmin Rəhmanova və Leyla Cabbarzadə narkomaniya, spirtli içki və siqaret haqqında ümümi məlumat, narkotik vasitələrin təsnifatı, alkoqolizmin yaranma səbəbləri, simpomları, narkotik istifadəçilərinin digər xəstəliklərə yoluxmaları, siqaretin insanlarda yaratdığı fiziki və psixoloji asılılıq və onun fəsadları, İslam dinində zərərli vərdişlərə münasibət, narkotik maddələr, siqaret və spirtli içkinin sağlamlığı necə məhv etməsi, bu maddələrə asılılıqdan xilas yolları, spirtli içki və narkotiklərlə bağlı cinayətkarlıq, Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər haqqında məktəblilərə məlumatlar verilmiş, qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış, şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

Qeyd edək ki, “Təhlükəyə Son!” layihəsi çərçivəsində keçirilən ilk seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.


Teqlər:



Xəbər lenti