Azərbaycan Aqramuntdan nə gözləyir? - ŞƏRH

Azərbaycan Aqramuntdan nə gözləyir? - ŞƏRH
  26 Yanvar 2016    Oxunub:2305
Ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı parlamentari Pedro Aqramunt AŞPA-nın yeni sədri seçilib. O uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. Bu illər ərzində P.Aqramunt ədalətli çıxışları ilə yadda qalıb.
Arqamunt AŞPA sədri kimi yenə ədalətli mövqedə dayana biləcəkmi? Onun fəaliyyəti sələfi Ann Brosserdən nə ilə fərqlənəcək?

Millət vəkili Sahib Alıyev hesab edir ki, P. Aqramuntu Azərbaycanın böyük dostu kimi adlandırmaq doğru deyil: “Pedro Aqramuntun Azərbaycanın böyük dostu olması fikrini bölüşmürəm. Hətta, o Azərbaycanın böyük dostudursa, bu barədə aləmə car çəkmək düzgün deyil”.

Pedro Aqramuntun indiyə qədərki fəaliyyəti göstərib ki, sələfi Ann Brosserdən fərqli olaraq həm Azərbaycana, həm də regiondakı proseslərə yanaşmada, nisbətən obyektiv mövqedə dayanan bir şəxsdir. Hesab edirəm ki, Azərbaycanın hazırda üzləşdiyi problemi cənab Aqramunt digərlərindən daha çox anlamalıdır. Çünki, onun özü də tez-tez separatçılıq çağırışları ilə üz-üzə qalan İspaniyanı təmsil edir”,- deyə S.Alıyev bildirib.



Deputat təəssüflə qeyd edib ki, bir sıra beynəlxalq qurumlar ayrı-ayrı dövlətlərin təsiri altındadır: “Həmin qurumların rəhbərliyində dayanan şəxslər bəzən obyektiv çıxışlar etmək əvəzinə verilən tapşırılqar üzrə hərəkət edirlər: “Ümid edirəm ki, cənab Aqramunt belə təzyiq və tapşırıqları rədd edəcək və AŞPA-ya rəhbərlik etdiyi dövrdə Ann Brosserdən fərqli olaraq özünün obyektivliyi, ədalətliliyi, realistliyi ilə fərqlənəcək”.

Deputat, politoloq Rasim Musabəyovun fikrincə, P.Aqramuntun sədrliyi dönəmində Azərbaycan-AŞPA münasibətlərində inkişaf dərinləşəcək: “Pedro Aqramunt Azərbaycana müsbət yanaşan şəxsdir. Azərbaycan onun sədr seçilməyini dəstəkləyib. Hər bir halda Aqramunt Azərbaycana məqbul şəxsdir”.



Qeyd edək ki, İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti