Bakıda univermaq çökdü, yaralılar var

Bakıda univermaq çökdü, yaralılar var
  26 Yanvar 2016    Oxunub:2914
Bakının Suraxanı rayonunda univermaq binasında çökmə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Əmircan qəsəbəsində yerləşən köhnə univermaq binasında təmir işləri aparılarkən qeydə alınıb. Binanın damı 150 kvadratmetr ərazidə çöküb. Orada işləyən fəhlələrdən iki nəfər xəsarət alıb.

3 saylı Şəhər Klinik Xəstəxanadan verilən məlumata görə, xəsarət alan 38 yaşlı Elşad Eyvaz oğlu Abdullayev və 35 yaşlı Bəhruz Hacıəli oğlu Məmmədovun xəsarətləri yüngüldür. Həyatı təhlükələri yoxdur.


Teqlər:  



Xəbər lenti