Bakının buz bağlayan yolları - SİYAHI
Həmçinin bildirilib ki, sürücülərdən magistral yollardakı vəziyyəti nəzərə alaraq iki aparıcı oxu olan nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur. Bakı şəhərinin enişli-yoxuşlu yollarında da buzlaşma müşahidə olunur.
Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, hazırda paytaxtın Yasamal və Yeni Günəşli qəsəbəsi ərazilərində yollar buz bağlayıb. Gecə saatlarında buzlaşmanın daha da artacağı ehtimal olunur.
V. Əsədov qeyd edib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür.
Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


