`İnsanlara yuxarıdan baxmaq olmaz` – İcra başçısı
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, prezidentin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə məlumat verib.
Eldar Əzizov çıxışında qəsəbə nümayəndəliyi, bələdiyyə, MİS və xidmətlərin rəhbərlərinə işlərində dönüş yaradılması üçün ciddi tapşırıqlar verib: “İnsanlara yuxarıdan baxmaq olmaz. Hər bir vəzifəli şəxs vətəndaşların müraciətinə həssas yanaşmalıdır. Dövlət qulluqçusunun əsas vəzifəsi müraciətlərə biganə qalmamaq, onun həlli üçün səylərini əsirgəməməkdir. Bunu bizdən vəzifə borcumuz tələb edir. Bunu cənab prezident tələb edir. Buna görədə də bütün imkanlar səfərbər olunmalıdır”.







Vaxtında, Aydın, Lazımlı!


