DSMF-yə müraciətlər azalıb

DSMF-yə müraciətlər azalıb
  27 Yanvar 2016    Oxunub:1660
2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSFM) saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, bu, 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.

Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində DSMF-nin Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26% azalıb.


Teqlər:



Xəbər lenti