İlham Əliyev səfirləri geri çağırdı

İlham Əliyev səfirləri geri çağırdı
  27 Yanvar 2016    Oxunub:2608
Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkədəki səfirini vəzifəsindən azad edib.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev Elman Hidayət oğlu Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti