Köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi hazırlanır

Köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi hazırlanır
  28 Yanvar 2016    Oxunub:3257
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən Komitə sədri Hadi Rəcəbli "Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında" qanun layihəsi hazırlandığını bildirib.

Komitə sədri qeyd edib ki, layihədə qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsini, bu zaman cərəyan edəcək proseslərin tənzimlənməsini əksini tapıb.

“Bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulub. Təkliflərə dinləmələr halında baxılacaq. Həmçinin yeni təşəbbüslərdən çıxış etməliyik. Bu istiqamətdə deputatların üzərinə ciddi vəzifələr düşür. Eyni zamanda, bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklər də edilməlidir. Buna bizim imkanlarımız var".

Deputat qeyd edib ki, parlamentdə dinləmələrin keçirilməsinə başlanılıb: "Bundan başqa, dinləmələrin nazirliklərdə də keçirilməsi üçün şəraitin yaradılması yaxşı olardı. Hətta bunun üçün bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla danışığımız olub. Nazir bu təklifimizi müsbət qarşılayıb".

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti