Rövnəq Abdullayev işçisinə sürpriz etdi
Dəri köçürülməsi üzrə bir neçə cərrahi əməliyyatdan sonra B.Ələkbərovun müalicəsi Əziz Əliyev adına Cərrahi klinikanın yanıq mərkəzində davam etdirilir.
Bu gün də Ələkbərovun palatasına gəlişi və isti münasibəti ilə neftçini xüsusilə sevindirmiş ziyarətçi təşrif buyurub. Onu ziyarətə gələn SOCAR prezidenti Rövnəq Abdullayev olub.
Dövlət neft şirkətinin başçısı xəstəxanaya gəlişini heç kimə əvvəlcədən bildirməmişdi, həm də Bəxtiyar Ələkbərov onun köhnə tanışıdır və uzun illər bir kollektivdə çalışıblar, bir müddət sonra isə eyni strukturda – SOCAR-da rastlaşıblar. Lakin jurnalistlər R.Abdullayevin niyyətindən xəbər tuta biliblər və xəstəxanaya gəliblər ki, iki yoldaşın görüşünü işıqlandırsınlar. Fəqət neft şirkətinin rəhbəri qətiyyətlə tələb edib ki, KİV nümayəndələri bu dəfə mane olmasınlar və palatanı tərk etsinlər.
Buna baxmayaraq, Yanıq mərkəzinin həkimlərindən biri iki neftçinin görüşünün fotoşəklini çəkməyə müvəffəq olub və haqqın.az saytı bu fotoşəkli əldə edə bilib.
SOCAR rəhbəri nəyin bahasına olursa olsun özünü reklam etdirməyə çalışmır və iş fəaliyyəti ilə şəxsi həyatını ayıra bilir. Xəstəxanada köhnə tanışını ziyarət etməsi onun şəxsi həyatının bir hissəsidir və o, bunu kimsəylə, xüsusilə mətbuatla paylaşmaq istəmir.







Vaxtında, Aydın, Lazımlı!


