Baş nazirin müavinindən həmsədrlərə etiraz

Baş nazirin müavinindən həmsədrlərə etiraz
  30 Yanvar 2016    Oxunub:2114
“Əgər Avropa Şurasında Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında saxtakarlıq həqiqətən olubsa, mən bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞPA üçün baş ucalığı gətirməyən hadisə hesab edirəm”.
AzVision.az -ın məlumatına görə. bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, AŞPA-nın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərar qəbul etməsinə mənfi münasibət göstərməsi və Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞPA-ya baş ucalığı gətirmir:

“AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqeyin nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər bir tərəfdən çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunın həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti