`Çingiz Abdullayev 4 vəzifə daşıyır` - Deputatdan irad

`Çingiz Abdullayev 4 vəzifə daşıyır` - Deputatdan irad
  01 Fevral 2016    Oxunub:4015
“Çingiz Abdullayev dörd vəzifə daşıyır. O, elə qələm adamlarındandır ki, yazdığı kitabları ilə yaxşı yaşaya bilər”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Xalqı yazıçısı Çingiz Abdullayevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, “əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam”? Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır. Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti