Hərbçilərimiz terrorçuluqla mübarizə kursunda iştirak edirlər

Hərbçilərimiz terrorçuluqla mübarizə kursunda iştirak edirlər
  01 Fevral 2016    Oxunub:1663
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 1-dən 3-dək Roma şəhərində NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı, fevralın 1-dən 5-dək Ankara şəhərində terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək isə İstanbul şəhərində partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti