Jurnalisti ölüdürənlərin məhkəməsində insident
Nəticədə hakimlər zalı tərk ediblər. Bundan sonra qarışıqlıq yaradan şəxsləri zaldan çıxarmaq üçün məhkəmə nəzarətçiləri zala daxil olublar. Narazı şəxslər zaldan çıxarılıb. Bu zaman müdafiə tərəfi zalda səs-küy salaraq etiraz edib. Hakimin qərarı ilə R. Əliyevin ailə üzvləri zaldan çıxarılıb.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


