Bakcell abunəçilərinin balansını ikiqat artırır
“Bu, Bakcell abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həlldir”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS yollanılması üçün istifadə edilə bilər. *100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər.Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


