Putin-Ərdoğan davası Bakını narahat edir

Putin-Ərdoğan davası Bakını narahat edir
  03 Fevral 2016    Oxunub:2645
Türkiyə və Rusiya arasında yaşanan qarşıdurma Azərbaycanı narahat edir.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib

Nazirin sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyə rəsmiləri ilə bu barədə müzakirələr aparır: "Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb. Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya illə də sıx münasibətləri saxlayırıq. Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik".

XİN rəhbəri qeyd edib ki, Azərbaycan ölkələr arasından böhrana çıxış yolunun tapılması və əməkdaşlığın bərpa olunması üçün səy göstərir.

AzVision.az


Teqlər:  



Xəbər lenti